Sabah Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında yeni mövsümə start verəcək. Apasport.az saytının məlumatına görə, Gürcüstan “Samtredia”sı ilə evdəki qarşılaşma Azərbaycan klublarının iyulun 11-də keçirəcəyi 7-ci qarşılaşma olacaq.
Belə ki, indiyədək təmsilçilərimiz 6 dəfə bu tarixdə meydana çıxıb. Həmin matçlarda qələbə sayında tarazlıq hökm sürür. 3 dəfə bizimkilər, 3 dəfə rəqiblər qalib gəlib.
İlk üç oyunda uduzan klublarımız 2013/14 mövsümündə eyni gündə “het-trik” edib. Lakin bu üç qələbədə ümumi top fərqi 4-ə bərabər olub. Uduzduğumuz görüşlərdə isə rəqiblər daha amansızlıq göstərib. Onlar 10 cavabsız qol vurub.
Bunlardan 6-sı “Qarabağ”ın matçına təsadüf edib. Ağdamlılar 18 il öncə Fransada “Monpelye”dən ağır zərbə alıb. Lakin 2013-cü ildəki qələbələrdən biri də Qurban Qurbanovun yetirmələrinin hesabındadı. Əyalət klubu Makedoniya “Metallurq”unu minimal hesabla yenib. Bu da o deməkdi ki, top fərqində geri olsa da, qələbə sayında “Qarabağ”da da tarazlıqdı.
Sabahkı oyunun nəticəsi bu tarazlığı poza bilər. Çempionumuz qələbəylə balansı pozmaq, xeyrimizə dəyişmək üçün çalışacaq.
1999/2000, İntertoto kuboku
2-ci mərhələ, cavab oyunu
11 iyul. “Monpelye” (Fransa) - “Qarabağ” - 6:0
2001/02, Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
11 iyul. “Barri Taun” (Uels) – “Şəmkir” - 2:0
2006/07, Çempionlar Liqası
1-ci təsnifat mərhələsi, ilk oyun
11 iyul. “Sioni” (Gürcüstan) – “Bakı” - 2:0
2013/14, Avropa Liqası
1-ci təsnifat mərhələsi, cavab oyunu
11 iyul. “Xəzər Lənkəran” – “Slima” (Malta) - 1:0
11 iyul. “Qarabağ” – “Metallurq” (Skopye, Makedoniya) - 1:0
11 iyul. “Mariehamn” (Finlandiya) – “İnter” - 0:2