[b]“Qarabağ” üçün saat yarım[/b]
14.01.2017 - 21:43
[b]“Qarabağ” üçün saat yarım[/b]

“Qarabağ” Antalyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, ağdamlılar hazırlığın onuncu gününü başa vurub.

 

Axşam məşqi yerli vaxtla 17:00-da (Bakı vaxtıyla 18:00) start götürüb. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmalarla kifayətlənib. Elşən Abdullayev kollektivlə məşqlərini davam etdirir. Reynaldo Silva isə fizioterapivt nəzarəti altında hazırlaşıb. Məşq təxminən 90 dəqiqə davam edib.

 

Zədəli Coşqun Diniyev isə məşqə qatılmayıb.

 

Qeyd edək ki, "Qarabağ" sabah ilk yoxlama oyunununda “Skenderbeu” (Albaniya) klubu ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtıyla 18:30-da start götürəcək.