[b]“Qarabağ” və “İnter”in futbolçuları milli komandalarda[/b]
22.03.2016 - 00:09
[b]“Qarabağ” və “İnter”in futbolçuları milli komandalarda[/b]

Milli komandaların yoldaşlıq görüşləri ilə əlaqədar bəzi ölkə çempionatlarına fasilə verilib. Apasport.az saytının məlumatına görə, azərbaycan Premyer Liqasında iştirak edən bəzi klubların əcnəbi oyunçuları da öz ölkələrinin yığma komandalarına dəvət alıblar.

 

Albaniya millisinin Avstriya və Lüksemburqa qarşı keçirəcəyi yoxlama oyunları üçün açıqlanan 26 nəfərlik heyətdə “Qarabağ”lı Ansi Aqollinin də adı var.

 

Ağdamlıların digər oyunçusu, qapıçı İbrahim Şehiç isə Bosniya və Hersoqovina yığmasına çağrılıb.

 

Bundan əlavə Gürcüstan yığmasında da Premyer Liqamızda çıxış edən oyunçu forma geyinə bilər. Belə ki, “İnter”li Nika Kvekveskiri qərb qonşumuzun heyətinə dəvət alıb. Gürcülər martın 29-da Qazaxıstanla qarşılaşacaqlar.