[b]“Qarabağ” və “Qəbələ”nin Avroliqa matçının hakimləri açıqlandı[/b]
21.11.2016 - 13:40
[b]“Qarabağ” və “Qəbələ”nin Avroliqa matçının hakimləri açıqlandı[/b]

Avropa Liqasında qrup mərhələsinin V turunun hakim təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan klubları “Qarabağ” və “Qəbələ”nin də matçını idarə edəcək hakimlər müəyyənləşib.


Çexiyada “Slovan”ın qonağı olacaq “Qarabağ”ın görüşündə isveçli Stefan Yohannesson ədalət təmsilçisi olacaq.


UEFA Bakıda keçiriləcək “Qəbələ” – “Anderlext” qarşılaşması üçün isə ukraynalı Yevgeni Aranovskini göndərəcək.

 

“Slovan” (Liberets, Çexiya) – “Qarabağ” (Azərbaycan) 

Hakimlər: Stefan Yohanesson, Fredrik Nilsson, Mehmet Culum, Maqnus Syöblom

Əlavə köməkçi hakimlər: Andres Ekberq, Kristofer Karlsson (hamısı İsveç)

Hakim-inspektor: Stefano Podesçi (San-Marino)

UEFA nümayəndəsi: Roy Ketkart (Şimali İrlandiya)

 

“Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) 

Hakimlər: Yevgeni Aranovski, Sergey Bekker, Aleksandr Voytyuk, Semyon Şlonçak
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)

 

Qeyd edək ki, Avropa Liqasında V turun oyunları noyabrın 24-də keçiriləcək.