[b]“Qarabağ”da eyni mövqedə 2 problem[/b]
20.04.2016 - 12:07
[b]“Qarabağ”da eyni mövqedə 2 problem[/b]

Topaz Premyer Liqasının lideri “Qarabağ” XXXI turda “İnter”lə keçirəcəyi oyunun hazırlığını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam klubu bu görüşə itkilərlə çıxacaq.

 

Komandanın aparıcı oyunçularından olan Riçard Almeyda “bankirlər”lə qarşılaşmanı buraxacaq. Buna səbəb braziliyalı yarımmüdafiəçinin sarı vərəqə limitini doldurmasıdı. Cəzalı duruma düşən Almeyda növbəti turda sıraya dönəcək.

 

Zədəsi ilə əlaqədar mövsümü vaxtından əvvəl bağlayan “Qarabağ”ın digər yarımmüdafiəçisi Rahid Əmirquliyev isə müalicəsini davam etdirir. Məşqlərdən kənarda qalan 27 yaşlı futbolçu komandasının yay hazırlığını gözləməlidi. Əmirquliyev ən yaxşı halda, həmin vaxt məşqlərə başlaya biləcək.

 

Qeyd edək ki, aprelin 22-də keçiriləcək “Qarabağ” – “İnter” matçı saat 19:00-da start götürəcək.