[b]“Qarabağ”da iki ciddi itki[/b]
24.11.2016 - 23:27
[b]“Qarabağ”da iki ciddi itki[/b]

“Qarabağ”ın iki futbolçusu ispaniyalı Miçel və Maksim Medvedev cəzalı duruma düşüblər. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının qrup mərhələsində 3-cü sarı vərəqələrini alan oyunçular son turu buraxacaqlar.

 

V turun “Slovan”la Çexiyadakı görüşündə xəbərdarlıq alması Maksim və Miçelin dekabrın 8-də Bakıda “Fiorentina”ya qarşı keçiriləcək matçda oynamasına əngəl yaradıb.

 

Qeyd edək ki, pireneyli I turun “Slovan” və II turun “Fiorentina” ilə qarşılaşmalarında, Medvedev isə hər iki səfər matçında – II tur “Fiorentina”ya, IV tur PAOK-a qarşı oyunlarda da “fərqlənmişdi”.