[b]“Qarabağ”da iki yeni müqavilə[/b]
11.05.2017 - 20:16
“Qarabağ” iki futbolçusu ilə müqavilə yeniləyib. Apasport.az saytının məlumatına görə, bu barədə Ağdam klubundan açıqlama verilib.
Bildirilib ki, yarımmüdafiəçilər Qara Qarayev və Əfran İsmaylovla əməkdaşlığın müddəti artırılıb. Qara bundan sonrakı növbəti iki ildə də çempionun formasında meydana çıxacaq. Əfran isə növbəti bir ili ağdamlılara bağlı olaraq keçirəcək.
Qeyd edək ki, həm Əfran, həm də Qara “Qarabağ”ın öz yetirmələridir.
- Zirkzee “Mançester Yunayted”dən ayrılır
- “Fənərbaxça” – “Aston Villa” matçının hakimi müəyyənləşdi
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
0
0