“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində Gürcüstan təmsilçisi “Samtredia”nı məğlub edib. Apasport.az saytının məlumatına görə, evdə 5:0, səfərdə 1:0 hesabı ilə qalib gələn ağdamlılar avrokuboklarda 9-cu dəfə eyni rəqibi hər iki matçda məğlub edib.
Bunlardan biri qrup, səkkizi təsnifat mərhələlərində baş verib. Əyalət klubu bütün bu “dubl”lara son 8 ildə - Qurban Qurbanovun rəhbərliyi altında imza atıb.
Çempionlar Liqasında 2-ci dəfə ikiqat qələbə əldə edən “Qarabağ” 3 il öncə “Valletta”nı da həm evdə, həm səfərdə məyus etmişdi.
Qeyd edək Ki, Azərbaycan futbolu tarixində 17-ci dəfə təmsilçimiz hər iki görüşdə rəqibindən üstün olub.
“Qarabağ”ın hər iki oyunda qalib gəldiyi duellər
2009/10. “Honka” (Finlandiya) – “Qarabağ” – 0:1, 1:2
2010/11. “Visla” (Polşa) – “Qarabağ” – 0:1, 2:3
2011/12. “Banqa” (Litva) – “Qarabağ” – 0:4, 0:3
2013/14. “Metallurq” (Makedoniya) – “Qarabağ” – 0:1, 0:1
2013/14. “Qarabağ” – “Gefle” (İsveç) – 1:0, 2:0
2014/15. “Valletta” (Malta) – “Qarabağ” – 0:1, 0:4
2015/16. “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” – 0:1, 0:3
2016/17. “Qarabağ” - PAOK (Yunanıstn) – 2:0, 1:0
- Entoni Teylorun seçimləri – Super Liqada hakim təyinatları
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək