[b]“Qarabağ”dan antirekord[/b]
25.11.2016 - 00:06
[b]“Qarabağ”dan antirekord[/b]

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində 2-ci dəfə böyükhesablı məğlubiyyət alıb. Apasport.az saytının məlumatına görə, V turda “Slovan”la Çexiyadakı qarşılaşmada 0:3 hesabı ilə uduzan Ağdam klubu bununla da antirekordçu olub.

 

Belə ki, bu, təmsilçimizin cari mövsüm qrupda yaşadığı 2-ci darmadağındı. II turun İtaliyadakı oyununda “Fiorentina”ya 1:5 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri qrupda ən çox darmadağın yaşayan Azərbaycan klubu adına şərik çıxıb.

 

Bunadək yalnız 1 dəfə təmsilçimiz qrupdakı mövsümü 2 böyükhesablı yenilgi ilə başa vurmuşdu. Ötən il “Qəbələ” qrupdakı 6 görüşün ikisində 3 və ya daha çox top fərqinə üzülmüşdü.