[b]“Qarabağ”ı sevindirən sensasiyalar[/b]
05.08.2016 - 09:12
[b]“Qarabağ”ı sevindirən sensasiyalar[/b]

Bu gün keçiriləcək Avropa Liqasında pley-off mərhələsinin püşkatmasında “Qarabağ” səpələnmiş, “Qəbələ” səpələnməmişlər səbətində olacaq. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsində uduzub, bu turnirə yollanan Ağdam klubu (13,475) raundun 22-ci, “Qəbələ” (5,225) isə 40-cı komandasıdı.

 

Səpələnmişlər səbətində sonuncu olan “Qarabağ”ın bura daxil olmasında “Qəbələ”nin də əməyi olub. Belə ki, “Qarabağ”a 5 oyunda aşağı reytinqli komandanın qələbəsi lazım idi ki, zəiflər səbətindən qurtulsun.

 

Azərbaycan çempionundan daha yüksək reytinqə malik “Lill”, “Herta”, “Riyeka”, “Spartak” və “Rio Ave”nin mübarizəni dayandırması təmsilçimizin lehinə işləyib. “Lill” “Qəbələ”yə (1:1, 0:1), “Herta” “Brondbü”yə (1:0, 1:3), “Riyeka” “İstanbul Başakşehir”ə (0:0, 2:2), “Spartak” AEK-ə (1:1, 0:1), “Rio Ave” “Slaviya”ya (0:0, 1:1) yenilib.

 

Avropa Liqası

Pley-off mərhələsi

 

Səpələnmişlər

“Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan)

“Anderlext” (Belçika)

“Alkmaar” (Hollandiya)

“Fənərbaxça” (Türkiyə)

“Sparta” (Çexiya)

PAOK (Yunanıstan)

“Genk” (Belçika)

BATE (Belarus)

“Sent-Etyenn” (Fransa)

“Gent” (Fransa)

“Krasnodar” (Rusiya)

“Rapid” (Avstriya)

“Slovan” (Çexiya)

“Maribor” (Sloveniya)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Austriya” (Vyana, Avstriya)

“Vest Hem” (İngiltərə)

“Panatinaikos” (Yunanıstan)

“Midtyulland” (Danimarka)

“Sassuolo” (İtaliya)

“Qarabağ” (Azərbaycan)

 

Səpələnməmişlər

“Rusenborq” (Norveç)

“Astana” (Qazaxıstan)

“Astra” (Rumıniya)

“Hayduk” (Xorvatiya)

“Aruka” (Portuqaliya)

“Qrasshoppers” (İsveçrə)

AEK (Kipr)

“Voyvodina” (Serbiya)

“İstanbul Başakşehir” (Türkiyə)

“Brondbü” (Danimarka)

“Srvena Zvezda” (Serbiya)

“Osmanlıspor” (Türkiyə)

“Slaviya” (Çexiya)

“Höteborq” (İsveç)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Lokomotiv” (Xorvatiya)

“Trençin” (Slovakiya)

“Qəbələ” (Azərbaycan)

“Beytar” (İsrail)

“Sonderyuske” (Danimarka)

“Şkendiya” (Makedoniya)

“Partizani” (Albaniya)