[b]“Qarabağ”ın 20-ci zəfəri[/b]
24.08.2017 - 18:47
“Qarabağ” tarixində 20-ci dəfə avrokuboklarda mərhələ keçib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının pley-off mərhələsində Danimarka “Kopenhagen”ini üstələyən (1:0, 1:2) çempionumuz bunadək 19 dəfə tur keçmişdi.
İlk uğuruna 1999/2000 mövsümündə sevinən əyalət klubu 18 il öncə 1 mərhələ keçməyi bacarmışdı. 2009/10, 2011/12, 2014/15, 2015/16, 2016/17 mövsümlərində isə “Qarabağ” iki rəqibə gücünü göstərib. 2010/11 və 2013/14 mövsümlərində rekord sayda – 3 mərhələni adlayan “Qarabağ” həmin uğurunu bu dəfə təkrarlayıb.
0
0