[b]“Qarabağ”ın 4 rəqibi geri çəkildi[/b]
06.07.2017 - 12:23
[b]“Qarabağ”ın 4 rəqibi geri çəkildi[/b]

Yakub Jezniçak və Vild-Donald Gerye ilə anlaşan “Qarabağ” transfer çalışmalarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi, xüsusən də, hücum xəttini gücləndirməkdə qərarlıdı.

 

Baş məşqçi Qurban Qurbanovun ixtiyarında görmək istədiyi italiyalı ön xətt oyunçusu Nikola Çitro uğrunda Azərbaycan çempionu ilə mübarizə aparan komandaların sayı azalıb. “Qarabağ”la bərabər ölkəsində 8 klubdan təklif alan Çitronun onlardan 4-ü ilə danışıqları nəticəsiz qalıb.

 

İtaliya KİV-də A seriyasına yenicə vəsiqə qazanan “Spal”, eləcə də B seriyasında çıxış edən “Virtus Entella”, “Karpi” və “Foca”nın 28 yaşlı forvardı heyətinə qatmaqdan imtina etdikləri yazılıb. Buna səbəb futbolçu ilə klubların şərtlərinin üst-üstə düşməməsi göstərilib.

 

Hazırda “Qarabağ”la yanaşı, İtaliyada elitanın yeni sakini “Benevento”, həmçinin B seriyası təmsilçiləri “Avellino”, “Bari” və “Salernitana” Çitro ilə danışıqlarını davam etdirir. İtalyanlar bu yarışda ən şanslı komandaların “Benevento” və “Qarabağ” olduğunu düşünürlər. Birincilərin A seriyasına vəsiqə qazanması, ikincilərin isə Çempionlar Liqasında oynaması futbolçu üçün cəlbedici görünür.

 

Qeyd edək ki, C seriyasına yuvarlanan “Trapani” ilə yeni müqavilə imzalamaqdan imtina edən Nikola Çitro iyulun 1-dən etibarən azad agent statusunu daşıyır.