[b]“Qarabağ”ın “Atletiko”ya qol vuran futbolçusu[/b] - FOTO
25.08.2017 - 10:44
[b]“Qarabağ”ın “Atletiko”ya qol vuran futbolçusu[/b] - FOTO

“Qarabağ”ın ispaniyalı futbolçusu Miçel Çempionlar Liqasının qrupunda yaxşı tanıdığı həmyerliləri ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi vətənində oynadığı vaxtda da Madrid “Atletiko”su ilə üz-üzə gəlib.

 

Sonuncu belə duel 2013-cü il noyabrın 23-nə təsadüf edib. Madriddəki qarşılaşmada Miçelin çıxış etdiyi “Xetafe” darmadağına üzülüb – 0:7.

 

Miçel “Xetafe”də oynadığı vaxt daha bir dəfə “Atletiko” ilə görüşüb. 2011-ci il noyabrın 6-da keçirilən görüşdə Miçelin komandası evdə 3:2 hesabı ilə qalib gəlib. Bu görüşdə yarımmüdafiəçi 49-cu dəqiqədə komandasını hesabda önə keçirib – 2:1.

 

Miçel 2008/09 mövsümündə “Xixon”da oynadığı vaxtda da Mdriddə qonaq kimi meydana çıxıb. Həmin vaxt “Atletiko” 3:1 hesabına sevinib.

 

Maraqlıdı ki, “Qarabağ”ın futbolçusu “Çelsi” ilə də qarşılaşıb. 2009/10 mövsümündə “Stemford Bric”də baş tutan matçda “Birminhem”in şərəfini qoruyan Miçel 0:3 hesablı yenilgiyə şahid olub.