[b]“Qarabağ”ın Avstriya səfərinin vaxtı bəlli oldu[/b]
15.06.2017 - 19:25
Növbəti mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ” toplanışın ilkin mərhələsini başa vurub. Apasport.az saytının məlumatına görə, dünən keçirilən “Bakı” ilə yoxlama matçından sonra komanda istirahətə buraxılıb.
Baş məşqçi Qurban Qurbanov futbolçulara 1 günlük dincəlmək imkanı verib.
Qeyd edək ki, ağdamlılar sabah hazırlığın ikinci mərhələsi üçün Avstriyaya yollanacaq.
0
0