UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Samtredia” heyətində ciddi dəyişikliklər edib. Apasport.az saytının məlumatına görə, Gürcüstan təmsilçisi 3 oyunçu ilə yollarını ayırıb.
Qapıçı Nika Dauşvili, yarımmüdafiəçi Konstantin Belov və hücumçu David Çeqelişvili komandadan göndərilib. Klub rəsmi saytından bu oyunçulara göstərdikləri xidmət üçün təşəkkür yayımlayıb.
Gürcülər heyətinə oyunçu da cəlb edib. Komanda Bakar Balde ilə anlaşıb. Balde ötən mövsümü Portuqaliya 3-cü liqası təmsilçisi “Mirandela”da keçirib.
Qeyd edək ki, “Samterdia” bundan əvvəl “Şukura”dan qapıçı İlya Sturua və Kütaisi “Torpedo”sundan hücumçu Nikoloz Sabanadzeni transfer etmişdi.