[b]“Qarabağ”ın futbolçusu “Neftçi”nin müdafiəçisini üstələdi[/b]
06.09.2016 - 16:42
[b]“Qarabağ”ın futbolçusu “Neftçi”nin müdafiəçisini üstələdi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində ilk turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, G qrupunda Albaniya ilə Makedoniya milliləri arasında dünən keçilmiş qarşılaşma bu gün başa çatıb.

 

Məsələ burasındadı ki, dünən əlverişsiz hava şəraiti ucbatından görüş hesab 1:1 olarkən 78-ci dəqiqədə yarımçıq dayandırılmışdı. Bu gün isə komandalar son 12 dəqiqə üçün meydana çıxıblar. Bekim Balajın son dəqiqələrdə vurduğu qol albanlara doğma azarkeşləri önündə 3 xal qazandırıb.

 

Albaniya millisinin kapitanı olan “Qarabağ”ın müdafiçisi Ansi Aqolli dünən olduğu kimi, bugünkü 12 dəqiqə ərzində də meydanda olub. Həmçinin “Neftçi”nin yeni transferi Vançe Şikov da Makedoniya yığmasının heyətində görüşü əvəzedilmədən keçirib.

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, ilk tur

 

G qrupu

Albaniya – Makedoniya - 2:1

Qollar: Sadiku, 9; Balaj, 89 - Alioski, 51