[b]“Qarabağ”ın futbolçusu məğlubiyyətə əngəl ola bilmədi[/b]
27.03.2016 - 00:38
[b]“Qarabağ”ın futbolçusu məğlubiyyətə əngəl ola bilmədi[/b]

Beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması səfərdə Avstriyanın qonağı olub. Apasport.az saytının məlumatına görə, Aqollinin komandası qarşılaşmadan 2:1 hesablı məğlubiyyətlə ayrılıb.

 

Ansi matça start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, Albaniya yığması martın 29-da Lüksemburqla gücünü sınayacaq.