[b]“Qarabağ”ın ikinci oyununun başlanma saatı müəyyənləşdi[/b]
23.06.2017 - 15:56
Avstriyada yeni mövsüm hazırlıqlarını davam etdirən “Qarabağ”ın ikinci yoxlama oyununun saatı açıqlanıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan çempionu sabah Bolqarıstan MOİK-i ilə qarşılaşacaq.
Oyun Kössen qəsəbəsində baş tutacaq. Matç Bakı vaxtı ilə 20:00-da start götürəcək.
Qeyd edək ki, “Qarabağ” toplanış çərçivəsində ilk yoxlama matçında Rusiyanın "Axmat" klubuna 0:1 hesabıyla məğlub olub.
0
0