[b]“Qarabağ”ın oyunçusu matçı başa vura bilmədi[/b]
06.09.2016 - 01:08
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutan Albaniya – Makedoniya oyunu təxirə salınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb güclü yağış olub.
“Qarabağ”ın müdafiəçisi Ansi Aqollinin meydan sahiblərini kapitan kimi meydana çıxartdığı görüş 78-ci dəqiqədə hava şəraitinin əlverişsizliyi səbəbindən türk hakim Hüseyn Göçek tərəfindən yarımçıq dayandırılıb.
İlkin məlumatlara görə, matç qaldığı dəqiqədən etibarən davam etdiriləcək.
0
0