[b]“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?[/b]
12.07.2016 - 15:20
[b]“Qarabağ”ın oyununa nə qədər bilet satılıb?[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin bu gün keçiriləcək “Qarabağ” – “Düdelanj” matçına bilet satışı davam edir. Klubun mətbut xidmətindən apasport.az saytına verilən məlumata görə, indiyə qədər 12 min bilet satılıb.

 

Bu isə biletlərin heç yarısı da etmir. Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun tutumunun təxminən 31 min olduğunu nəzərə alsaq, bu gedişatla tribunalarda anşlaqın olacağı inandırıcı görünmür.

 

Bilet satışı oyunun startına qədər davam edəcək.

 

Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” qarşılaşması saat 21:00-da başlanacaq.