[b]“Qarabağ”ın oyununda qadın hakim[/b]
02.03.2017 - 20:34
[b]“Qarabağ”ın oyununda qadın hakim[/b]

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XXI turun sabah keçiriləcək oyunları üçün təyinatlar məlumdur. Apasport.az saytının məlumatına görə, günün ilk görüşü olan “Sumqayıt” – “Qarabağ” matçının baş hakimi xanım referi olacaq.

 

Qarşılaşmanı Səbayel Kuzutürkün başçılıq etdiyi briqada idarə edəcək.

 

Əvəzedicilərin yarışı

XXI tur
3 mart (cümə)


14:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Səbayel Kuzutürk, Gülyanə Özcan, Samir Ələsov, Muxtar Acalov
Hakim-inspektor: Vasif  Məmmədov
Sumqayıt şəhər stadionu

15:00. “İnter” – “Qəbələ” 
Hakimlər: Kərim Kərimov, Elçin Əsədov, Mirzə Fərzəliyev, Venera Kahriç
Hakim-inspektor: İrina  İsgəndərova
“İnter Arena”