[b]“Qarabağ”ın qapıçısı komandasını finala daşıdı[/b]
03.06.2016 - 13:50
[b]“Qarabağ”ın qapıçısı komandasını finala daşıdı[/b]

Yaponiyada milli komandalar arasında ənənəvi “Kirin kuboku” turnirinə start verilib. Apasport.az saytının məlumatına görə, turnirin ilk yarımfinal matçında Bosniya və Herseqovina Danimarka ilə qarşılaşıb.

 

“Qarabağ”ın qapıçısı İbrahim Şehiçin əvəzolunmadan keçirdiyi oyun 2:2 hesabı ilə nəticələnib. Bu üzdən finalçını müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

 

“Lotereya”da balkanlılar üstün olub – 4:3. Şehiç danimarkalıların iki zərbəsindən sonra qol olmamağına sevinib. O, Yannik Vesterqaardın zərbəsini dəf edib, ardınca Andreas Kristensenin topu əyri vurmasına şahid olub. Məhz Şehiçin bu “qəhrəmanlığı” ilk zərbəni qaçıran komandasını finala daşıyıb. Belə ki, penaltilər seriyasına ilk xətaya məhz bosniyalılar yol verib.

 

Qeyd edək ki, Bosniya və Herseqovinanın finaldakı rəqibi az sonra başlayacaq Yaponiya – Bolqarıstan matçında müəyyənləşəcək.