[b]“Qarabağ”ın qapıçısı Yunanıstanla oyuna çağırıldı[/b]
26.05.2017 - 17:10
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində gələn ay Yunanıstanla qarşılaşacaq Bosniya və Herseqovina yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, baş məşqçi Mehmed Bajdareviç 31 futbolçuya dəvət göndərib.
Onların sırasında karyerasını Azərbaycanda davam etdirən oyunçu da var. Söhbət “Qarabağ”ın qapıçısı İbrahim Şehiçdən gedir. Ağdam klubunun üzvü əsas heyətə düşmək uğrunda “Çelsi”nin qolkiperi Asmir Beqoviç və “Zrinjski”nin çərçivə qoruyucusu Kenan Piriçlə rəqabət aparmalı olacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina – Yunanıstan matçı iyunun 9-da keçiriləcək.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
0
0