[b]“Qarabağ”ın rəqibi 2 futbolçunun transferini rəsmiləşdirdi[/b]
01.09.2017 - 13:11
[b]“Qarabağ”ın rəqibi 2 futbolçunun transferini rəsmiləşdirdi[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Çelsi” heyətinə 2 yeni futbolçu qatıb. Apasport.az saytının məlumatına görə, London təmsilçisi transfer pəncərəsinin son günü 1 yarımmüdafiəçi və 1 müdafiəçi ilə güclənib.

 

Belə ki, “Lester”dən transfer olunan Daniel Drinkuoter 5 illik müqaviləyə imza atıb. 27 yaşlı ingiltərəli yarımmüdafiəçinin ilinə 35 milyon funt-sterlinq alacağı bildirilir.

 

“Çelsi”nin digər transferi isə İtaliya “Torino”sundan gəlib. 25 yaşlı Davide Zappakosta növbəti 4 ili bu komandada oynayacaq.