[b]“Qarabağ”ın rəqibi “Arsenal” və “Yuventus”dan oyunçu istəyir[/b]
04.10.2017 - 19:38
[b]“Qarabağ”ın rəqibi “Arsenal” və “Yuventus”dan oyunçu istəyir[/b]

“Çelsi” qış “transfer pəncərəsi”ni fəal keçirməyi planlaşdırır. Apasport.az saytının məlumatına görə, London təmsilçisi iki oyunçunun keçidini həll etməyi hədəfləyir.

 

“Zadəganlar” “Yuventus”dan müdafiəçi Aleks Sandronu, “Arsenal”dan isə Aleksis Sançesi transfer etmək istəyir. Bu barədə “Mirror” nəşri xəbər yayıb. Bildirilib ki, baş məşqçi Antonio Konte hələ yayda Sandronu istəyirdi, ancaq rəhbərlik maliyyə feyr-pley qaydalarına zidd olmasın deyə bu keçidə razılıq verməyib. Ancaq Kontenin mövsümün sonunda komandadan getmək istəməsi onların da fikirlərini dəyişib.

 

Aleks üçün “Yuventus”a 60 milyon funt təklif olunacaq. Futbolçunun özünə isə 5 illik müqavilə üçün ilinə 5 milyon funt veriləcək.

 

Aleksis Sançes isə mövsümün sonunda müqaviləsi başa çatdığı üçün daha ucuza başa gələcəyi gözlənilir.

 

Qeyd edək ki, “Çelsi” UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridir.