[b]“Qarabağ”ın rəqibi “Bavariya”nın futbolçusunu istəyir[/b]
31.08.2017 - 11:13
[b]“Qarabağ”ın rəqibi “Bavariya”nın futbolçusunu istəyir[/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Çelsi” müdafiə xəttini gücləndirmək niyyətindədi. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, London klubu “Bavariya”nın üzvü Rafinya ilə danışıqlara başlayıb.

 

Premyer Liqa təmsilçisi münhenlilərə rəsmi təklif göndərib. “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti rəhbərliklə söhbətində bu keçidə qarşı olduğunu, Rafinyanın komandada qalmasını istədiyini deyib. O, bunu braziliyalı futbolçunun müdafiənin hər iki cinahında oynaya bilməsi ilə əlaqələndirib.

 

Bununla belə, “Çelsi” ümidini üzmür. Rəhbərlik bu keçidi həll etmək üçün “Bavariya” tərəfini razı salmağa çalışır. “Zadəganlar”ın çalışdırıcısı Antonio Konte həm İngiltərə çempionatı, həm də Çempionlar Liqasında uğurlu çıxış etmək üçün geniş heyətə ehtiyac duyur.

 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2011-ci ildən “Bavariya”nın formasını geyinir. O, hazırkı komandasının heyətində 204 oyunda 4 qola imza atıb.