“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Slovan” yoxlama görüşü keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Çexiya təmsilçisi ikinci liqa komandası “Viktoriya Jijkov”la səfərdə üz-üzə gəlib.
0:0 hesabı ilə başa çatan qarşılaşmada “Slovan”ın baş məşqçisi Yindrix Trpiskovski əsasən oyun praktikasından əziyyət çəkən oyunçulara şans verib. O, bu futbolçulara güvənib: Vaçlav Qladki – Milan Nitrianski, Martin Latka, Andrey Karafiat (Yan Şulç, 70), Filip Lesnyak – Ubonq Ekpai, Andrey Blaha (Yakub Baraç, 70), İqor Sukennik, Uesli da Silva (Dominik Şustr, 70) – Miroslav Markoviç, Voytex Qadaşçok.
Qeyd edək ki, “Slovan” Avroliqada ilk oyununu sentyabrın 15-də Bakıda “Qarabağ”a qarşı keçirəcək.