[b]“Qarabağ”ın rəqibi autsayderə uduzdu[/b]
09.08.2016 - 00:44
[b]“Qarabağ”ın rəqibi autsayderə uduzdu[/b]

İsveç çempionatında 17-ci tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Höteborq” səfərdə turnir cədvəlində son pillələrdə qərarlaşmış “Dyurqardens”lə qarşılaşıb.

 

Görüş "köhlən atlar"ın rəqibinin 1:3 hesablı məğlubiyyətiylə nəticələnib.

 

Hazırda hesabında 29 xal olan “Höteborq” 4-cü pillədə qərarlaşıb. 1-ci pillədəki “Norçepinq”dən 8 xal geri qalan komanda rəqibləriylə müqayisədə 1 oyun az keçirib.

 

Qeyd edək ki, “Qarabağ” və “Höteborq” arasında ilk oyun avqustun 18-də İsveçdə, cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.

 

İsveç çempionatı, 17-ci tur

8 avqust

 

“Dyurqardens” – “Höteborq” – 3:1

Qollar: Olunqa, 28, 65, Raneci, 30 - Pettersson, 24