[b]“Qarabağ”ın rəqibi Lyorenteni istəyir [/b]
29.08.2017 - 09:52
[b]“Qarabağ”ın rəqibi Lyorenteni istəyir [/b]

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” daha bir futbolçu ilə danışıq aparır. Apasport.az saytı “İndependent” nəşrinə istinadən xəbər verir ki, “zadəganlar” hücum xəttini gücləndirmək niyyətindədilər.

 

“Çelsi” rəhbərliyi “Arsenal”ın futbolçusu Aleks Çemberlenlə yanaşı, “Suonsi”nin hücumçusu Fernando Lyorenteni də heyətinə qatmaq istəyir. İspan forvardın 20 milyon funt-sterlinq qarşılığında London klubuna transfer olunacağı bildirilir.

 

Premyer Liqa təmsilçisi bu keçidi də yay “transfer pəncərəsi” bağlanana qədər rəsmiləşdirməyi planlaşdırır.

 

Qeyd edək ki, 32 yaşlı futbolçu əvvəllər “Atletik”, “Yuventus” və “Sevilya” klublarında da oynayıb.