“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Fiorentina” “İnter”in hücumçusu Stevan Yovetiçdən əl çəkmir. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Florensiya təmsilçisi sabiq forvardını qaytarmaqda israrlıdı.
2008-2013-cü illərdə “Fiorentina”da çıxış etmiş 27 yaşlı oyunçu “İnter”də əsas heyətə düşməkdə çətinlik çəkir. Cari mövsüm A seriyasında cəmi 4 matçda meydana çıxmış və Avropa Liqası üçün sifariş ərizəsinə salınmamış Monteneqro yığmasının oyunçusu özü də “neradzurra” ilə yollarını ayırmaq niyyətindədi.
Qeyd edək ki, Yovetiç “Fiorentina”nın heyətində 134 oyun keçirib, 40 qola imza atıb.