[b]“Qarabağ”ın rəqibi səfərdə uduzdu[/b]
30.10.2016 - 21:21
Çexiya çempionatında XII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan “Slovan” səfərdə “Bohemians”la qarşılaşıb.
Liberets təmsilçisi oyundan 1:2 hesablı məğlubiyyətlə ayrılıb.
Qeyd edək ki, hazırda hesabında 13 xal olan “Slovan” 16 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Çexiya çempionatı
XII tur
30 oktyabr
“Bohemians” – “Slovan” – 2:1
Qollar: Luts, 1. Krç, 48 - Breyte, 71
0
0