[b]“Qarabağ”ın rəqibi yetirməsi ilə vidalaşdı[/b]
21.06.2016 - 18:32
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”a rəqib olacaq “Düdelanj” klubu daha bir futbolçusu ilə yolları ayırıb. Apasport.az bu ölkənin mətbuatına istinadən xəbər verir ki, Lüksemburq təmsilçisi öz yetirməsi olan Mamadu Ba ilə vidalaşıb.
Mərkəz müdafiəçisi bundan sonra da karyerasını Lüksemburqda davam etdirəcək. Belə ki, o, “Us Mondorf” klubu ilə anlaşıb.
Qeyd edək ki, “Qarabağ”ın “Düdelanj”la ilk oyunu iyulun 12-də və ya 13-də, cavab qarşılaşması isə bir həftə sonra keçiriləcək.
0
0