[b]“Qarabağ”ın rəqibi yığma üzvünü itirdi[/b]
22.06.2016 - 17:48
[b]“Qarabağ”ın rəqibi yığma üzvünü itirdi[/b]

“Qarabağ”ın Çempionlar Liqasındakı (ÇL) rəqibi “Düdelanj” ciddi itki ilə üzləşib. Apasport.az saytının Lüksemburq mətbuatına istinadən məlumatına görə, yarımmüdafiəçi Joel Pedronun zədəsinin ciddi olduğu aşkarlanıb.

 

Sağ ayağında zədəsi olan 24 yaşlı futbolçu Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçirilib. Məlum olub ki, Lüksemburq millisinin üzvünün durumu ciddidi. Həkimlər Pedronun bir müddət dincəlməsinin vacib olduğunu bildiriblər. Oyunçunun ÇL-in II təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək ilk qarşılaşmanı buraxmaq ehtimalı olduqca yüksəkdi. Joel Pedro hətta cavab görüşündə də komandasına kömək etməyə bilər.

 

Qeyd edək ki, “Qarabağ”la “Düdelanj” arasında ilk oyun iyulun 12-də və ya 13-də Bakıda, cavab matçı isə bir həftə sonra səfərdə keçiriləcək.