“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma”da itki baş verib. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, “canavarlar”ın yarımmüdafiəçisi Lorenzo Pelleqrini sıradan çıxıb.
Belə ki, DÇ-2018-in seçmə mərhələsində Makedoniya və Albaniya ilə oyunlar üçün İtaliya millisinə dəvət edilən 21 yaşlı yarımmüdafiəçi yığmanın düşərgəsində zədələnib. Əzələsində ağrı hiss edən gənc oyunçunun təxminən 10 gün futbol oynaya bilməyəcəyi açıqlanıb. Pelleqrininin A seriyasının növbəti turunda oktyabrın 14-də “Napoli”yə qarşı keçiriləcək matça yetişməsi gözlənilir.
Qeyd edək ki, “Roma”nın “Qarabağ” üzərində Bakıda 2:1 hesabı ilə qələbə qazandığı görüşdə Lorenzo Pelleqrini 82 dəqiqə meydanda olub.
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”