[b]“Qarabağ”ın rəqibində yeni hücumçu[/b]
23.06.2017 - 11:32
[b]“Qarabağ”ın rəqibində yeni hücumçu[/b]

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi “Samtredia” heyətini gücləndirib. Apasport.az saytının Gürcüstan mətbuatına istinadən məlumatına görə, ölkə çempionu hücumçu transfer edib.

 

Belə ki, Kutaisi “Torpedo”sunun forvardı Nika Sabanadze “Samtredia” ilə anlaşıb. Kutaisi klubu ilə müqavilə müddəti başa çatan 26 yaşlı futbolçu yeni komandası ilə 1 illik müqaviləyə qol çəkib. Bununla da Gürcüstanın gənclər yığmasının sabiq üzvü “Qarabağ”la matçlarda iştirak etmək imkanı qazanıb.

 

Qeyd edək ki, “Qarabağ”la “Samtredia” arasında ilk oyun iyulun 11-də Azərbaycanda, cavab qarşılaşması isə bir həftə sonra Gürcüstanda keçiriləcək.