[b]“Qarabağ”ın rəqibində yeni hücumçu[/b]
29.08.2017 - 14:42
[b]“Qarabağ”ın rəqibində yeni hücumçu[/b]

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi “Roma” yeni futbolçu ilə anlaşıb. Apasport.az klubun saytına istinadən xəbər verir ki, “canavarlar” hücum xəttini gücləndiriblər.

 

Belə ki, paytaxt təmsilçisi “Sampdoriya”nın çexiyalı oyunçusu Patrik Şiklə razılığa gəlib. Dünən axşam saatlarında Romaya yollanan 21 yaşlı forvardın yeni klubu ilə bu gün rəsmi müqaviləyə qol çəkəcəyi bildirilir.

 

Qeyd edək ki, “Roma”nın “Qarabağ”la ilk oyunu sentyabrın 27-də Bakıda, növbəti matçı isə dekabrın 5-də İtaliyada keçiriləcək.