“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Roma” yoxlama görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, “canavarlar” Braziliya klubu “Şapekoense” ilə üz-üzə gəliblər.
Aparıcı futbolçuların çoxu milli komandalarında olduğundan, baş məşqçi Eysebio Di Françesko əsasən ehtiyat qüvvəyə şans vermişdi. Buna baxmayaraq, rəqibinə heç bir şans verməyən italyanlar böyükhesablı qələbəyə seviniblər.
“Roma” – “Şapekoense” – 4:1
Qollar: Florenzi, 29 (pen.); Perotti, 38; Antonuççi, 42 (pen.), 51 – Alan, 56 (pen.)
“Roma” (İtaliya): Lobont (Romanyoli, 72), Antonuççi (Şik, 67), Kastan (Rikkardi, 86), Çiavattini (Kiofi, 71), Defrel (Koli, 46 / Çorlu, 77), Florenzi (Velau, 76), Gerson (Karnyelutti, 89), Qonalons, Juan Jesus (Midovs, 86), Nainqqolan (Patsella, 86), Perotti (Kappa, 57)
Qeyd edək ki, “Roma” ÇL-in qrup mərhələsinin II turu çərçivəsində sentyabrın 27-də “Qarabağ”ın qonağı olacaq.