[b]“Qarabağ”ın rəqibinə daha bir təklif[/b]
19.11.2016 - 12:15
[b]“Qarabağ”ın rəqibinə daha bir təklif[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Fiorentina” yarımmüdafiəçisi Milan Badelj üçün daha bir təklif alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Yuventus” da Xorvatiya millisinin üzvü uğrunda mübarizəyə qoşulub.

 

Ancaq “qoca sinyora”nın Badelji alması heç də asan olmayacaq. Çünki “Çelsi”, “İnter”, “Milan” və “Atletiko” da 27 yaşlı oyunçunu heyətinə qatmaq fikrindədi. Futbolçunun meneceri müştərisinin “Milan”a daha yaxın olduğunu söyləyib. O, buna səbəb kimi, “rossonyerlər”in “sükanı arxası”nda sabiq “Fiorentina”lı Vinçentso Montellanın olduğunu göstərib. Lakin “Yuve” danışıqlar aparması üçün vaxt itirmədən Florensiyaya nümayəndə göndərib.

 

Qeyd edək ki, Milan Badelj “Fiorentina”ya 2014-cü ildə “Hamburq”dan keçib.