“Mamelodi Sandauns”un hücumçusu Xama Billiatın karyerasını harda davam etdirəcəyi gələ də müəmmalıdı. Apasport.az saytının CAR mətbuatına istinadən məlumatına görə, Zimbabve millisinin üzvü uğrunda “Qarabağ”la mübarizə aparan yerli klubların cəmi 2 gün vaxtları qalıb.
Məsələ burasındadı ki, sabah CAR-da “transfer pəncərəsi” bağlanacaq. Billiatla maraqlanan “Orlando” və “Kayzer” keçidi reallaşdırmaq üçün futbolçu ilə danışıqları intensivləşdiriblər. İkincilər hətta “Mamelodi Sandauns”a müəyyən məbləğdə təzminat ödəməyə də hazırdılar.
Lakin klubu ilə müqavilə müddəti yaya qədər olan 28 yaşlı oyunçu nə yeni sazişə qol çəkməyə razılıq verir, nə də Afrikada qalmağa. Onun yeganə istəyi tezliklə Avropaya köçməkdi. Əgər fevralın 1-nə qədər CAR klublarından heç kim Billiatı heyətinə qata bilməsə, o zaman “Qarabağ” onun üçün yeganə variant kimi qalacaq.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"