[b]“Qarabağ”ın sabiq futbolçusu İtaliya A seriyasında[/b]
31.08.2017 - 12:58
[b]“Qarabağ”ın sabiq futbolçusu İtaliya A seriyasında[/b]

“Qarabağ”ın sabiq hücumçusu Samuel Armenteros karyerasını İtaliyada davam etdirəcək. Apasport.az saytı xəbər verir ki, isveçli futbolçu A seriyasında çıxış edən “Benevento” ilə anlaşıb.

 

Məlumat klubun rəsmi saytı vasitəsilə yayılıb.

 

Tərəflər arasında 2020-ci ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

 

Qeyd edək ki, Armenteros 2015/16 mövsümünü “Qarabağ”da keçirib. Karyerası ərzində “Herenven”, “Anderlext”, “Feyenord” və “Villem II” klublarında da çıxış etmiş hücumçunun son iş yeri “Herakles” olub.