[b]“Qarabağ”ın yeni transferləri birgə şəkil çəkdirdi[/b]
06.07.2017 - 11:15
“Qarabağ”ın mövsümlərarası fasilədə heyətinə cəlb etdiyi müdafiəçi Yakub Jezniçak və Vild-Donald Gerye artıq Bakıya gəliblər. Apasport.az saytının məlumatına görə, adıçəkilən futbolçular dünən gecə saatlarında ölkəmizə təşrif buyurublar.
Klubun rəsmi feysbuk səhifəsi yeni transferlərin bir yerdə çəkdirdikləri şəkli paylaşıb. Hər iki oyunçunun Ağdam təmsilçisi ilə 2 illik müqaviləyə qol çəkməsi gözlənilir.
Qeyd edək ki, Yakub Jezniçak “Legiya”dan, Vild-Donald Gerye isə “Alanyaspor”dan transfer edilib.
0
0