[b]“Qarabağ”la oyunda çox qorxulu səhnə müşahidə etdim”[/b]
21.08.2015 - 10:30
[b]“Qarabağ”la oyunda çox qorxulu səhnə müşahidə etdim”[/b]

“Qarabağ”a uduzsaq da, Harald Qamperle hələ də baş məşqçi funksiyasını icra edəcək. O, ən azı “Syon”la bazar günü keçiriləcək qarşılaşmada da postunda olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri İsveçrənin “Yanq Boyz” klubunun idman direktoru Freddi Bikel deyib.

 

Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ”la Berndəki ilk oyunu haqda fikirlərini açıqlayan klub rəsmisi 0:1 hesablı məğlubiyyəti baş məşqçi problemi ilə bağlayıb: “Yeni çalışdırıcı axtarışlarımız isə davam edir. İlkin danışıqlarımız da olub. “Qarabağ”la cavab oyununda komandanı kimin meydana çıxaracağını deyə bilmərəm. Berndəki görüş göstərdi ki, təcili şəkildə addımlar atılmalıdı. “Qarabağ”la oyunda çox qorxulu səhnə müşahidə etdim. Xüsusilə də ikinci hissədə. Komandada əhval-ruhiyyə çox pisdi. Futbolçularımız əsəbi oynayır, öz güclərinə belə inanmırdılar. Buraxılan qoldan sonra bu, daha qabarıq şəkildə görünürdü. Buna görə azarkeşlərimizdən üzr istəyirəm. Amma futbolçular da nə isə etmək istəyridilər. Amma bu vəziyyətdə heç nə alınmırdı. Məğlubiyyətə baxmayaraq, mərhələ keçmək şanslarımızın qaldığına əminəm. Hər şeyə cavab oyununda aydınlıq gələcək”.