[b]“Qarabağ”la oyunöncəsi darmadağın[/b]
20.11.2016 - 00:39
[b]“Qarabağ”la oyunöncəsi darmadağın[/b]

Çexiya çempionatında XIV turun oyunları keçirilib. UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Slovan” növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Liberets təmsilçisi səfərdə “Yablonek”lə qarşılaşıb.


Görüş meydan sahiblərinin darmadağını ilə başa çatıb – 3:0. Bu nəticədən sonar “Slovan” 14 xalla 16 komanda arasında 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Avroliqada növbəti oyunu “Slovan”a qarşı olacaq. Görüş noyabrın 24-də Çexiyada keçiriləcək.