DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bosniya və Hersoqovina millisi öz meydanında Estoniya ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, görüş ev sahiblərinin 5:0 hesablı darmadağını ilə yekunlaşıb.
Matçda hər iki komandanın heyətində Azərbaycan çempionatında çıxış edən futbolçular olublar. Son çempion və ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ”ın qapıçısı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinin, Avroliqadakı digər təmsilçimiz “Qəbələ”nin hücumçusu Sergey Zenyov isə Estoniya millisinin heyətində olub.
Matça start 11-liyində başlayan “Qəbələ”li 71 dəqiqə meydanda olsa da, komandasının darmadağın olmasına əngəl ola bilməyib. Şehiç isə böyükhesablı qələbəni ehtiyat oyunçular skamyasından izləyib.