[b]“Qarabağ”lı üçün yeni baş məşqçi[/b]
05.05.2017 - 00:33
[b]“Qarabağ”lı üçün yeni baş məşqçi[/b]

Cənubi Afrika Respublikası milli komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, vakant posta şotlandiyalı mütəxəssis Stüart Bakster gətirilib.

 

 63 yaşlı çalışdırıcı dekabrda istefaya göndərilən Efraima Maşabunu əvəzləyəcək. Onun qarşısındakı əsas vəzifə isə komandanı 2018-ci il dünya çempionatına çıxartmaqdır.

 

Daha əvvəl də CAR millisində çalışmış Bakster 2004-2005-ci illərdə komandanı DÇ-2006-a çıxarda bilməmişdi.

 

Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ”ın futbolçusu Dino Ndlovu da CAR millisinin üzvüdür. 2012-ci ildən başlayaraq yığmaya dəvət alan oyunçu son dövrlər diqqətdən kənarda qalsa da, öz ölkəsinin mətbuatına verdiyi müsahibələrdə yenidən əsas yığmadan dəvət gözlədiyini bildirib.