[b]“Qəbələ” 2 qol vursa...[/b]
04.08.2016 - 16:06
[b]“Qəbələ” 2 qol vursa...[/b]

“Qəbələ” Azərbaycan klublarının avrokuboklardakı rekordunu qıra bilər. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” Avropa Liqasının III təsnifat mərhələsinin “Lill”lə bu gün keçiriləcək qarşılaşmasında 1 qol vursa, məhsuldarlıq rekorduna şərik olacaq.

 

Əyalət klubu 2 dəfə fransalıları məyus etsə, Roman Qriqorçukun yetirmələri mütləq rekord müəyyənləşdirəcək. Söhbət bir mövsümdə eyni turnirdə vurulan qol sayından gedir.

 

Çempionlar Liqasından Avropa Liqasına göndərilən komandaların iki turnirdə üst-üstə vurduğu qolların cəmini deyil, ayrı-ayrı yarışlar üzrə nəzərə alsaq, indiyədək rekord “Qarabağ”dadı. Ağdamlılar 2010/11 mövsümündə Avropa Liqasının 8 oyununda 12 qol vurub.

 

“Qəbələ” isə cari mövsümdə artıq 11 top vurub. Əyalət klubu “Samtredia” ilə I təsnifat mərhələsində 6 (5:1, 1:2), MTK ilə II təsnifat mərhələsində 4 (2:1, 2:0), “Lill”ə ilk qarşılaşmada 1 top vurub. Cəmi 5 matçda 11-ə çatan klubun orta məhsuldarlığı, ümumiyyətlə Azərbaycan klubları üçün çox yüksəkdi – 2,20. “Qarabağ”ın məhsuldarlıq göstərdiyi mövsümdə bu rəqəm 1,50 olub. Real qol sayında isə yalnız “Qarabağ”dan geri qalan “Qəbələ” artıq bir neçə saatdan sonra rekordu dəyişə bilər.

 

Qeyd edək ki, avrokubokların bir mövsümündəki ümumi qol sayında rekord 15-ə bərabərdi. 2012/13 mövsümündə “Neftçi” Çempionlar Liqasında 7, Avropa Liqasında 8 dəfə fərqlənib.