[b]“Qəbələ” – “Maribor” oyununun vaxtı dəqiqləşdi[/b]
09.08.2016 - 16:06
[b]“Qəbələ” – “Maribor” oyununun vaxtı dəqiqləşdi[/b]

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Qəbələ” – “Maribor” oyununun vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, avqustun 18-də baş tutacaq qarşılaşma saat 21:00-da başlayacaq.

 

Görüş 8-ci km stadionunda baş tutacaq.

 

Qeyd edək ki, komandalar arasında Sloveniyada baş tutacaq cavab oyunu avqustun 25-də keçiriləcək.