[b]“Qəbələ” "bürünc", “Neftçi” Avroliqaya vəsiqə qazandı - YENİLƏNİB[/b]
20.05.2016 - 20:54
[b]“Qəbələ” "bürünc", “Neftçi” Avroliqaya vəsiqə qazandı - YENİLƏNİB[/b]

Bu gün Topaz Premyer Liqasında 2015/16 mövsümünə yekun vurulub. Apasport.az saytının məlumatına görə, çempionatın sonuncu  - XXXVI turunun qarşılaşmaları eyni gündə keçirilib.

 

Birinci və ikinci yerin sahiblərinə daha əvvəldən aydınlıq gəldiyi üçün yekun turu əsasən bürünc medalların hara gedəcəyi baxımından əhəmiyyətli idi. 

 

Gəncədə bu yerə iddia edən 3 komandadan ikisi bir-biriləri ilə mübarizə aparıblar. “Kəpəz” “Qəbələ”ni qəbul edib. Roman Qriqorçukun yetirmələrinin taleyi öz əlində idi. "Qırmızı-qaralar" ələ düşən fürsətdən layiqincə yararlanıblar. İkinci hissədə Aleksey Qayın vurduğu yeganə qolla minimalhesablı qələbə qazanan qonaqlar çempionatı üçüncü pillədə başa vurublar.

 

“Bürünc”ün üçüncü “adaxlısı” “İnter” isə artıq “gümüş”ü özü üçün təmin etmiş “Zirə” ilə oynayıb. “Bankirlər” bu mövsümün ilkinə imza ataraq “Zirə”ni məğlub etsələr də, Gəncədə qeydə alınan nəticəyə əsasən, "bürünc" arzusunun üzərindən xətt çəkməli olublar. Oyuna gəlincə isə bu matçda da 90 dəqiqənin nəticəsini 1 qol təyin edib. "İnter"in müdafiəçisi Abbas Hüseynovun qolu yeganə olub.

 

Bu saatın digər oyunu isə turnir cədvəlinin sonuncusunun kimliyini müəyyən edib. “Rəvan”la səfər matçında 2:2 hesablı bərabərliyə razılaşan “Xəzər Lənkəran” mövsümü sonuncu pillədə başa vurub.

 

Günün son iki matçı isə avrokuboklara sonuncu vəsiqənin sahibini müəyyənləşdirib. Avrokuboklara sonuncu vəsiqəyə iddia edən "Neftçi" səfərdə "Sumqayıt"la qarşılaşıb. "Ağ-qaralar" matçı məğlub başa vurublar - 1:2. 

 

Ancaq bununla belə, Vəli Qasımovun yetirmələri Avroliqaya vəsiqəni qazana bilib. Belə ki, çempion "Qarabağ"la qarşılaşan AZAL da oyundan 0:3 hesablı məğlubiyyətlə ayrıldığı üçün turnir cədvəlindəki sıralama dəyişməyib.

 

Beləliklə, Topaz Premyer Liqasının 2015/16 mövsümünün qalibi "Qarabağ", gümüş mükafatçı "Zirə", üçüncü pillənin sahibi isə "Qəbələ" olub. 

 

Növbəti mövsüm Azərbaycanı Avrokuboklarda "Qarabağ" (Çempionlar Liqası), "Kəpəz", "Qəbələ" və "Neftçi" (hər üçü Avropa Liqası) təmsil edəcəklər.

 

Qeyd edək ki, "Zirə" və "İnter" turnir cədvəli sıralamasına görə Avrokuboklara getməli olsalar da, debütant UEFA-nın yüksək dəstədə minimum 3 il iştirak tələbini qarşılaya bilmədiyi, "bankirlər" isə Avropanın ali futbol qurumu tərəfindən cəzalandırıldıqları üçün qitə miqyaslı yarışlara buraxılmayıblar.

 

Mövsümün bombardiri isə 15 qolla "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintana olub. 

 

 

Topaz Premyer Liqası

XXXVI tur

20 may (cümə)

 

“Qarabağ” – AZAL - 3:0

Qollar: Mahir Mədətov, 22, Migel Madera, 31, Dani Kintana, 41

Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi : Ramiz  Mustafayev              

Hakim-inspektor: Məlik  Həsənov

Suraxanı qəsəbə stadionu

Mövsümün əvvəlki oyunları: 2:0, 2:0, 0:1

 

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Migel Madera, 9. Reynaldo Silva, 10. Dani, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 97. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 77. Cavid Tağıyev, 91. Coşqun Diniyev, 99. Muarem Muarem
Baş məşqçi: Qurban Qurbanov

 

AZAL: 16. Stanislav Namaşko, 88. Mirzağa Hüseynpur, 3. Tural Hümbətov, 24. Emin Cəfərquliyev (k), 5. Kamil Hüseynov, 14. İlqar Ələkbərov, 23. Hacı Əhmədov, 18. Eltun Hüseynov, 21. Murad Səttarlı, 10. Nuqzar Kvirtiya, 9. Aydın Qasımov
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Məhəmməd Bədəlbəyli, 4. Qvanzav Maqomedov, 11. Ruslan Nəsirli, 17. Elmin Çobanov, 63. Seyidrəzi Ağayev, 42. Elşad Manafov
Baş məşqçi: Tərlan Əhmədov

 

“Sumqayıt” – “Neftçi” - 2:1

Qollar: Vaqif Cavadov, 17, Amil Yunanov, 63 - Araz Abdullayev, 14

Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov

AFFA nümayəndəsi : Ramiz  Abdullayev               

Hakim-inspektor: Xaqani  Məmmədov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 1:2, 1:2, 0:1

“Sumqayıt”: 1. Səlahət Ağayev, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov (k), 7. Pərdis Fərcad-Azad, 8. Nicat Muxtarov, 13. Murad Ağayev, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 55. Ağabala Ramazanov, 70. Vaqif Cavadov, 99. Rasim Ramaldanov
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 5. Cəmil Hacıyev, 6. Mikayıl Rəhimov, 27. İsmayıl Babayev, 29. Amil Yunanov, 97. Xəyal Nəcəfov
Baş məşqçi: Samir Abasov

 

“Neftçi”: 1. Aqil Məmmədov, 3. Jairo Filyo Rodriges, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev (k), 8. Elşən Abdullayev, 11. Ruslan Qurbanov, 17. Rəhman Hacıyev, 19. Fəhmin Muradbəyli, 20. Salas Quinta Antonio, 27. Məqsəd İsayev, 95. Elvin Bədəlov
Ehtiyat oyunçular: 53. Maksim Vaylo, 6. Aylton Silva, 9. Nikolas Kanales, 10. Cavid İmamverdiyev, 14. Məhəmməd Qurbanov, 26. Kamal Qurbanov, 5. Xuan Alberto Alvarado
Baş məşqçi: Vəli Qasımov

 

“İnter” – “Zirə” - 1:0

Qol: Abbas Hüseynov, 69

Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov

AFFA nümayəndəsi: Vaqif  Davudov                      

Hakim-inspektor: Gülağa  Cabarov

“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 0:0, 0:0, 1:2

“İnter”: 1. Kamran Ağayev, 3. Denis Silva, 4. Laşa Kasradze, 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev (k), 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 30. Abbas Hüseynov, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 79. Georgi Lomaya, 12. Ruslan Əmircanov, 17. Vüqar Nadirov, 18. Mənsur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 33. Aqşin Quluzadə, 39. Elnur Süleymanov 
Baş məşqçi: Zaur Svanadze

“Zirə”: 85. Kamal Bayramov, 37. Yovan Krneta, 5. Adil Nağıyev, 39. Sadiq Quliyev, 13. Aleksandr Şemonayev (k), 2. Çimezi Mbah, 6. Vüqar Mustafayev, 17. Nicat Qurbanov, 60. Elvin Məmmədov, 10. İqor İvanoviç, 19. Nurlan Novruzov

Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 77. Ruslan Poladov, 28. Təmkin Xəlilzadə, 11. Viktor İbekoyi, 90. Vüsal İsgəndərli, 96. Elgün Nəbiyev, 84. Əmrah Əliyev 
Baş məşqçi: Adil Şükürov

 

“Rəvan” – “Xəzər Lənkəran” - 2:2

Qollar: Yasin Həmid, 76; Ramazan Abbasov, 82 (p) - Bayram Budaqov, 2; İbrahim Qədirzadə, 66

Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov

AFFA nümayəndəsi: Şaiq  Həmidov                        

Hakim-İnspektor: Məhəmməd  Məmmədov

Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 0:0

“Bayıl Arena”

“Rəvan”: 1. Rəşad Əzizli, 17. Ramazan Abbasov (k), 11. Elnur Abdulov, 19. Hüseyn Axundov, 92. Yamin Ağakərimzadə, 8. Məmməd Quliyev, 4. Kənan Müslümov, 21. Novruz Məmmədov, 3. Saşa Yunisoğlu, 2. Ruslan Tağızadə, 86. Yasin Həmid
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 39. Əlibəy Məmmədli, 15. Ceyhun Abdullayev, 29. Əziz Quliyev, 13. Cəmşid Məhərrəmov, 16. Orxan Lalayev, 5. Mirkamil Haşımlı
Baş məşqçi: Bəhmən Həsənov

“Xəzər Lənkəran”: 1. Orxan Sadıqlı, 4. Ruslan Cəfərov, 6. Asif Mirili, 7. Orxan Səfiyaroğlu, 8. Vüqar Bəybalayev, 9. Bayram Budaqov, 10. Tural Qürbətov, 16. İbrahim Qədirzadə, 17. Vaquf Güləliyev, 18. Tural Cəlilov (k),
32. Zaman Mirzəzadə
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 35. Elfad Baləhmədov, 41. Hüseyn Xəlilzadə, 66. Kənan Həsənov, 86. Xaqani Sadıqov, 99. Mahsun Qəmbərli
Baş məşqçi: Ağadada Həmidov 

 

“Kəpəz” – “Qəbələ” - 0:1

Qol: Aleksey Qay, 76

Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Nüvər  Xasıyev                      

Hakim-inspektor: Füzuli  Nəcəfov

Gəncə şəhər stadionu

Mövsümün əvvəlki oyunları: 0:1, 2:1, 3:0

“Kəpəz”: 88. Tadas Simaitis, 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 3. Tərlan Quliyev, 13. Şəhriyar Rəhimov, 8. Budaq Nəsirov, 5. Kərim Diniyev, 19. Orxan Əliyev, 80. Tural Rzayev, 7. Junior Osvaldo, 27. Bəxtiyar Soltanov

Ehtiyat oyunçular: 1.Eyyub Əliyev, 15. Azad Kərimov, 23. Tural Nərimanov, 4. Elvin Cəbrayılov, 6. Ceyhun Cavadov, 21. Xəzər Qəribov, 98. Elcan Rəhimov

Baş məşqçi: Şahin Diniyev

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 19. Aleksey Qay, 20. Rikardinyo, 25. Qismət Alıyev, 34. Ürfan Abbasov, 66. Samir Zərgərov, 69. Aleksey Antonov

Ehtiyat oyunçular: 33. David Pietrzkeviç, 5. Pavel Paşayev, 8. Məhəmməd Mirzəbəyov, 13. Murad Musayev, 32. Rəşad Eyubov, 77. Ehtiram Şahverdiyev, 97. Roman Hüseynov

Baş məşqçi: Roman Qriqorçuk
 

 

Turnir cədvəli

 

1

 Qarabağ

36

26

6

4

66-21

84

2

 Zirə

36

17

11

8

42-31

62

3

 Qəbələ

36

16

11

9

44-28

59

4

 İnter

36

16

11

9

39-28

59

5

 Kəpəz

36

15

11

10

48-40

56

6

 Neftçi

36

13

10

13

41-41

49

7

 AZAL

36

13

7

16

26-38

46

8

 Sumqayıt

36

9

12

15

41-49

39

9

 Rəvan

36

5

9

22

28-63

18

10

 Xəzər L

36

3

6

27

16-51

15

 

* - “Rəvan”ın hesabından 6 xal silinib.

 

Bombardir: Dani Kintana (“Qarabağ”) – 15.

 

0