Topaz Premyer Liqasında 2016/17 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, turun 4 oyunu 3 günü əhatə edəcək.
Yeni mövsümə “AZAL Arena”da start veriləcək. Açılış matçında AZAL “Neftçi”ni qəbul edəcək. Turun son qarşılaşmasında isə “Qəbələ” ilə “Kəpəz” üz-üzə gələcəklər. Maraqlıdı ki, bu görüş Mərdəkan qəsəbəsində yerləşən “Dalğa Arena”da oynanılacaq.
Topaz Premyer Liqası
I tur
6 avqust (şənbə)
18:00. AZAL – “Neftçi”
”AZAL Arena”
20:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
7 avqust (bazar)
20:00. “İnter” – “Qarabağ”
“İnter Arena”
8 avqust (bazar ertəsi)
19:00. “Qəbələ” – “Kəpəz”
“Dalğa Arena”