[b]“Qəbələ” “Zirə” üçün başladı[/b]
01.09.2017 - 01:27
Azərbaycan Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 26-da keçirilən oyunundan (1:2) sonra istirahətə buraxılan “Qəbələ” futbolçuları bir araya gəlib. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib.
Komanda IV turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb.
Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.
0
0